Reklam

Reklam

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrinə yönəlik ilkin hesabatını açıqlayıb.

Beynəlxalq Müşahidə Missiyasının açıqladığı hesabatda seçki prosesinə bütün komponentlər üzrə neqativ rəy verilib. Maraqlıdır ki, müşahidə missiyasının təqribən iki həftə əvvəl açıqladığı aralıq hesabatında seçki prosesinin gedişi kifayət qədər müsbət qiymətləndirilmişdi.

Bu baxımdan, Beynəlxalq Müşahidə Missiyasının qısa müddət ərzində mövqeyini 180 dərəcə dəyişməsi birmənalı qarşılanmayıb və ciddi narazılıq doğurub.

Bu barədə Yenicag.az-a danışan politoloq Aydın Quliyev hesab edir ki, Beynəlxalq Müşahidə Missiyasının seçkilərlə bağlı ilkin hesabatı ATƏT və Avropa Şurası kimi qurumların Azərbaycana qarşı qərəzli münasibətini dəyişmədiyini bir daha göstərir:

“Əslində, müşahidə missiyasının iki həftə ərzində mövqeyini belə kəskin sürətdə dəyişməsi çox mühüm məqamdır. Bildiyiniz kimi, Missiyanın aralıq hesabatında seçki prosesinə dair əsasən, müsbət məqamlar yer almışdı.

Lakin seçkilərdən cəmi bir gün sonra təqdim olunan ilkin hesabatda isə tamamilə fərqli qiymətləndirmənin şahidi oluruq. Yəni Beynəlxalq Müşahidə Missiyası prezident seçkiləri ilə bağlı bütün məqamları qara rəngdə əks etdirib.

Belə bir kəskin dəyişikliyin, əlbəttə ki, səbəbləri var. Fikrimcə, Missiya aralıq hesabatını müsbət çalarda hazırlamaqla, tatkiki gediş edib. Yəni bununla Azərbaycanda seçki prosesini rahat, maneəsiz izləmək, o cümlədən haqlı suallarla qarşılaşmamaq üçün özünə “şərait yaradıb”.

Digər səbəb bundan ibarətdir ki, ATƏT və Avropa Şurası kimi qurumlar lap əvvəldən Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutublar, bu xətti indi də davam etdirirlər. Biz bütün sahələrdə bu haqsız münasibəti görürük. Çox təəssüf ki, həmin qurumlar Azərbaycandakı hərtərəfli inkişafı zaman-zaman etiraf etmək məcburiyyətində qalsalar da, ölkəmizə qarşı qərəzli münasibəti dəyişmək istəmirlər.

Üçüncü mühüm səbəb isə beynəlxalq güclərin Azərbaycana münasibətidir. Yəni Azərbaycanı öz siyasətlərinə alət etməyi bacarmayan beynəlxalq güclər öz təzyiqlərini ATƏT və Avropa Şurası qurumların vasitəsilə davam etdirirlər.

Ancaq bilməlidirlər ki, Azərbaycan onunla təzyiq dili ilə danışmağa imkan verən ölkə deyil və olmayacaq. Azərbaycan mediası, qeyri-hökumət təşkilatları və digər çevrələrin Beynəlxalq Müşahidə Missiyasının ilkin hesabatına kəskin reaksiyası da göstərir ki, cəmiyyət bu məsələdə tam həmrəydir”.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1235
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."