Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Məni ilk təbrik edən əziz qardaşım oldu" - İlham Əliyev

Reklam: High Technic

Azərbaycan prezidenti Türkiyədə rəsmi səfərdədir.

Yenicag.az xəbər verir ki, dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra jurnalistlərin önünə çıxıb.

Ərdoğanın çıxışından sonra söz alan Azərbaycan prezidenti Türkiyə ilə olan qarşılıqlı münasibətlərdən danışıb.

Dövlət başçısı bildirib ki, Türkiyə ilə Azərbaycan qədər dünada bir-birinə yaxın olan ölkə yoxdur:

“Türkiyə ilə Azərbaycan dünya çapında bir-birinə yaxın olan ölkəlrədir. Prezident seçildikdən sonra məni ilk təbrik edən lider əziz qardaşım Rəcəb Tayyib Ərdoğan olub. Bir həftə əvvəl Bakıda andiçmə mərasimi keçirildi, iki gün öncə də hökümətin formalaşma prosesi başa çatdı. Bu gün isə Türkiyədəyəm. Dünən və bu gün aparılan danışıqlar göstərdi ki, Azərbaycan və Türkiyə münasibətlər əbədidir. Bütün qardaş türk xalqını əldə etdiyi uğurlara görə təbrik edirəm. Əziz qardaşım sayəsində Türkiyə böyük uğurlu yol keçib. Biz bütün bu uğurları sevinclə qarşılayırıq. Ərdoğanın dövründə Türkiyənin inkişafı bizi də sevindirir. Türkiyə dünya çapında böyük gücdür. Bunu görən dostlar sevinir, düşmənlər isə üzülür. Əminəm ki, Türkiyə bu yolda əmin addımla irəliləyəcək. Rəcəb Tayib Ərdoğanı Azərbaycana dəvət edirəm. Biz bütün məsələlərdə bir yerdəyik. Dağlıq Qarabağ münaqişəsində Türkiyə qədər bizə dəstək verən ikinci bir ölkə olmamışdır. Türkiyə daima bizimlədir, haqlı mövqeyimizi müdafiə edir”.

Loading...

www.yenicag.az

2435
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100