Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı aparıcı övladları ilə intiharın qarşısını aldı - FOTOLAR

Bakıda intihara cəhdin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, hadisə iyunun 23-də Nizami rayonunda, metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.

İntihara cəhdin qarşısının alınmasında “İctimai” radionun aparıcısı Ayfər Feyziyevanın rolu danılmazdır.

Belə ki, hündürmərtəbəli binanın damına çıxan kişi intihara cəhd edib. Bunu ilk olaraq qarşı tərəfdəki binada yaşayan Ayfər Feyziyevanın oğlanları, 7 və 12 yaşlı Rəhman və Rəhim qardaşları görüb və dərhal analarına xəbər veriblər.

Yenicag.az-a açıqlama verən Ayfər Feyziyeva hadisəni belə xatırlayır: “Uşaqlar eyvanda oynayırdılar. Birdən qışqırıb məni çağırdılar ki, kişi özünü binadan atmaq istəyir. Düzü, əvvəl elə bildim ki, ustadır, binanın damını təmir edir. Sonra gördüm ki, qışqırır. Onunla danışaraq fikrindən yayındırmağa çalışdım. Polis çağırmaq istəsəm də, icazə vermədi. Dedim kiminlə danışmaq istəyirsənsə, onu çağırım. Məsafəmiz uzaq idi deyə, səsini güclə eşidirdim. Bir təhər qardaşının nömrəsini alıb, hadisə yerinə çağırdım. O da təcili olaraq gəldi. Allaha şükür ki, qardaşı onu intihar fikrindən daşındırdı. Övladlarımla birlikdə intiharın qarşısını almış olduq. Amma hələ də hadisənin təsirindən çıxa bilmirik”.

Emin Səfərov

www.yenicag.az

3489
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100