Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Azərbaycanlı idmançını güllələyən şəxs saxlanıldı - Rusiyada  

Çelyabinskdə kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, 26 yaşlı Eldəniz Bağırov oktyabrın 3-də həbs edilib. Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə İdarəsinin Kurçatov rayonu üzrə İstintaq Şöbəsinin rəisi İqor Mitroxin bildirib ki, hazırda E. Bağırov müvəqqəti istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Caniyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.

www.yenicag.az

1454
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM