!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı məmurların VƏZİFƏ PSİXOLOGİYASI: "Onların sosial şəbəkələrdə qeyri-etik ifadələr işlətməsi..." - ŞƏRH

!Reklam – Yazi

Son bir neçə həftə ərzində məmurların, deputatların qeyri-etik, hətta cinayət məsuliyyətinə cəlb edilmə ilə nəticələnən davranışlarının şahidi olduq. Gün keçmir ki, ölkə mətbuatında hansısa məmurun xalqı aşağılaması ilə bağlı xəbərlər yayımlanmasın.

Xalqa xidmət etməli məmurların əksəriyyətinin fəaliyyəti sadəcə gözdən pərdə asmaq olsa da, bəziləri bunu ustalıqla, digərləri isə naşılıqla edir. Bir qrup məmur da var ki, vətəndaşlarla aralarına aşılmaz sədd çəkiblər.

Bəs görəsən, Azərbaycanda məmur psixologiyasının fərqli təzahürləri nə ilə əlaqədardır?

Bu və digər məqamlarla bağlı Yenicag.az-a açıqlama verən psixoloq İlahə Dadaşova məmurların belə davranış tərzlərini daha çox şöhrətpərəstlik istəyi ilə əlaqələndirib.

İlahə Dadaşova sosial statusun insan psixologiyasına təsirinin ən gözəl örnəyinin məmurlar olduğunu bildirib:

“Buna məşhurluq psixologiyası deyə bilərik. Ancaq bu psixologiya da məmurların hamısında yoxdur. Bu ən çox daxilində şöhrətpərəstlik xüsusiyyəti olanlarda üzə çıxır. Bəziləri gündəmdə qalmaq üçün əksəriyyətin fikriylə razılaşdığını, digər hissəsi isə ümumi fikrə əks münasibət bildirir. Onlar elə düşünürlər ki, bununla insanların yaddaşında qala biləcəklər. İstər-istəməz insanlar vəzifədə olan şəxsləri özlərindən bir pillə ayırırlar. Hər bir halda sosial status insan psixologiyasını dəyişir.

Həyatda hər kəsin sosial statusu var. Ən kiçiyindən ən böyük sosial statusa qədər. Vəzifə də, əslində sosial statusdur, sosial maskadır. Hər kəs də bundan öz vəziyyətinə uyğun istifadə edir.

Son illərə qədər sosial statusu olan şəxslər – ümumi anlayışla desək, məmurlar hər şeyə o qədər arxayın idilər ki… Xalq dili ilə desək, məmur pərakəndəliyi hökm sürürdü. Ancaq prezident İlham Əliyev çıxışlarında məmurların xalqa xidmət etmələrini xüsusilə vurğuladıqca onlarda müəyyən çəkingənlik yarandı. Deputatların, məmurların sosial şəbəkələrdə qeyri-etik ifadələr işlətməsi ondan xəbər verir ki, onlar hələ də o məsuliyyəti hiss etmirlər“.

Psixoloq burada cəza və mükafat metodundan istifadə edilməli olduğunu vurğulayıb:

“Əvvəllər belə bir şey də var idi, məmurlar sosial şəbəkələrdə, efirlərdə çox da üzdə deyildilər. Buna görə də onlar hər zaman özlərini haqlı hesab edirdilər. Ancaq bəzi şəxslərdə hələ də bu düşüncə qalıb.

Psixologiyada cəza və mükafatlandırma prinsipi var. Davranışçı psixoloqların fikrinə görə, insan etdikləri üçün cəzalandırılmalı və mükafatlandırlmalıdır ki, davranışlarının məsuliyyətini daha çox hiss etsinlər. Bu günə qədər cəza yox idi, amma indi var”.

Aqil Bəkir

www.yenicag.az

908
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv