!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda sahibsiz qalan erməni evləri: “Orada vaxtilə qanunsuz məskunlaşdırılan ermənilər...”

!Reklam – Yazi

“Qarabağda yaşamış yerli sakinlərlə orada işğal dönəmində qanunsuz məskunlaşdırılan ermənilər arasında fərq qoyulmalıdır”.

Bu fikirləri Qarabağı tərk edən ermənilərə məxsus daşınmaz əmlakın mümkün aqibəti haqda danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hüquqi dövlət olan Azərbaycanda mülkiyyət hüquqları ciddi şəkildə qorunur:

“Dövlətimiz Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərlə bağlı öz mövqeyini dəfələrlə sərgiləyib. O baxımdan, 1992-ci ilin yanvar ayına qədər Qarabağda yaşayan və onlardan doğulan vətəndaşlarla bağlı rəsmi Bakının mövqeyi bəllidir. Yəni onların mülkiyyət hüquqları tanınacaq və qorunacaq.

Bu səbəbdən, həmin şəxslərlə sonradan Qarabağda qanunsuz məskunlaşan ermənilər arasında fərq qoyulmalıdır. Eyni zamanda, istər Azərbaycan vətəndaşlığını qəbul edəcək, istərsə də bölgədən gedəcək olan qanunsuzluqla azərbaycanlı evlərində məskunlaşan ermənilərin evlərinin işğal siyasəti nəticəsində zərər çəkmiş azərbaycanlılara veriləcəyini xatırlatmaq lazımdır.

Otuz il deyil, lap yüz il də keçsə, bütün dünyada mülkiyyət hüquqlarının qorunması təcrübəsi var. Ona görə də, evindən məcburi qaydada çıxarılan vətəndaşlarımızın mülkləri mütləq özlərinə qaytarılacaq”.

Nəsimi Əlsəgərli

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv