!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağdadinin yeni görüntüləri üzə çıxdı - 5 il sonra... - VİDEO

!Reklam – Yazi

İŞİD terror təşkilatının lideri Əbubəkir Bağdadinin yeni görüntülərini üzə çıxıb.

Yenicag.az xəbər verir ki, terror təşkilatının mətbuat orqanı kimi tanınan Əl-Furqan beş il sonra Əbubəkir əl-Bağdadinin videosunu yayımlayıb.

Məlumata görə, görüntülərdə Bağdadinin İŞİD sıralarında savaşaraq ölənlərə və Şri-Lanka terrorunu törədənlərə rəğbətini ifadə etdiyi deyilir.

“Baquz şəhərində döyüşlər başa çatdı. İŞİD üzvlərinin öldürülməsində iştirak edənlərdən qisas alacağıq”, – Bağdadi deyib.

Bağdadi intiqam üçün 8 ölkədə 92 terror hücumu təşkil etdiklərini bildirib.

Bundan əlavə, fotolarda onun əlində tutduğu sənədlər də diqqət çəkir.

Belə ki, İŞİD liderinin “Qafqaz vilayəti” adlı sənədi vərəqlədiyi görünür.

Ehtimal edilir ki, sənəddə konkret olaraq Şimali Qafqaz regionu nəzərdə tutulur.

Görüntülərin Rusiyada çəkildiyi bildirilib.

Qeyd edək ki, Baquz İŞİD-in Suriyada son qalası hesab edilirdi.

 

 

 

www.yenicag.az

6178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv