Bahar Muradovadan müxalifətçi deputatlara təpki: “Cəsarətiniz çatmadı?” – Yenicag.Az

Reklam

Reklam

“Bu gün onun barəsində bir neçə xoş söz söyləyə bilərdiniz”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxış edən vitse-spiker Bahar Muradova sabiq müxalifətçi deputatlara xitabən deyib.

Bahar Muradova hazırda deputat mandatı daşıyan sabiq müxalifətçilərin Heydər Əliyev haqqında çıxış etməməkdə suçlayıb:

“Heydər Əliyev zaman-zaman müxtəlif hücumlara məruz qalıb. Vaxtilə ona hücum edən, onu rəqib kimi görənlər arasında bu gün bu zalda oturanlar da var. Ancaq onlar aradan keçən müddətdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü dərk etdilər. Bu, yaxşı haldır.

Bununla belə, təəssüf ki, bir zamanlar onun tənqidçisi olmuş indiki deputatlardan heç kəs Heydər Əliyev haqqında çıxış etmədi. Niyə? Cəsarətiniz çatmadı? Axı bu gün onun barəsində bir neçə xoş söz söyləyə bilərdiniz”.

Çox maraqlıdır ki, Muradovanın nəzərdə tutduğu deputatlardan heç kəs vitse-spikerin bu iradına reaksiya verməyib.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili ötən dövrlərdə Heydər Əliyevə qarşı müxalifətdə olmuş Fərəc Quliyev Yenicag.az-ın bu məsələyə dair sualına cavab vermək istəməyib. O,

“Bu zalda bizdən də kəskin çıxış edənlər olub”, deməklə kifayətlənib.

A.Zeynalov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 651
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."