Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə yanvarın 2-də Səbail rayonunun Bayıl qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Əli Bayramov münaqişə zəminində paytaxt sakini Aslan Nəsirova bıçaqla xəsarət yetirib.
Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bayramov tutulub.
www.yenicag.az