İsrail 183 fələstinli məhbusu azad edəcək

media-hightechnic-468x90

Fevralın 8-də Qəzza zolağında saxlanılan girovların azadlığa buraxılması müqabilində İsrail 183 fələstinli məhbusu azad edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Fələstinli Məhbuslar üzrə İnformasiya İdarəsi məlumat yayıb.

“Şənbə günü İsrail ilə razılaşmanın bir hissəsi olaraq ömürlük həbsə məhkum edilmiş 18, uzunmüddətli həbs cəzasına məhkum edilmiş 54 və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 111 fələstinli azad ediləcək”, – məlumatda deyilir.

Fələstinin HƏMAS hərəkatı fevralın 8-də Qəzza zolağında saxlanılan biri Almaniya vətəndaşı olan üç israilli girovu azad edəcəyini də açıqlamışdı./Azertag/

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600