Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalandı

Bakcell və INNOLAND arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

Şirkətdən Yenicag.az-a verilən məlumata görə, dekabr ayının 20-də “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutmuş
imzalanma mərasimində çıxış edən Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, innovasiyaların tətbiqi və startaplara dəstək Bakcell şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir:

“Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata
keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. Bizim “AppLab” İnkubasiya Mərkəzi bu gün ölkədə ən maraqlı layihələrin toplandığı məkanlardan biridir. İnanıram ki, yeni açılmış INNOLAND Mərkəzi ilə əməkdaşlığımız ölkədə startap ekosisteminin inkişafına böyük töhfə verəcək və innovasiya sahəsində ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”.

Daha sonra çıxış edən Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-Zadə qurumlar arasında dövlət-özəl tərəfdaşlığını rəsmiləşdirən bu əməkdaşlığın önəmindən danışıb. Bildirilib ki, bu tərəfdaşlığın əsas məqsədi ölkəmizdə texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına
xidmət göstərən yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və
innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində də bu tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Qeyd edək ki “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzin Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap
hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.

İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.

Onu da əlavə edək ki, Bakcell şirkətinin AppLab proqramı bundan sonra Akselerasiya Mərkəzinə çevriləcək və yerli startap layihələrinə daha geniş formatda dəstək göstərməyə davam edəcək.

2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.

www.yenicag.az

2409
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100