Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakı balanslı siyasətdən imtina edəcək?: “Manevr imkanlarımız məhdudlaşır...” – Keçmiş səfir

Reklam: Sinerji Pro

“Cənubi Qafqaza keçən Amerika-Rusiya qarşıdurması Azərbaycan üçün də ağrılı olacaq”.

Bu fikirləri Yenicag.Az-a açıqlamasında Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyib. Hacızadə hesab edir ki, ABŞ-la Rusiya arasında güclənən qlobal mübarizənin Cənubi Qafqazda açıq təzahürü Azərbaycan üçün müəyyən problem yaradacaq:

“Təbii ki, Amerika ilə Rusiya arasında qarşıdurmanın açıq şəkildə Cənubi Qafqaza keçməsi bölgə üçün müəyyən risklər yaradır. Belə olan halda, müddətindən asılı olmayaraq, regionda bəzi qarışıqlıqlar yaşana bilər. Hadisələr gərginliyin artması ilə inkişaf edərsə, bu proseslərin əvvəli Cənubi Qafqazın o biri ölkələri kimi, Azərbaycan üçün də bir qədər ağrılı keçəcək. Ancaq inanıram ki, yekun nəticə bizim də maraqlarımıza uyğun olacaq. Bilirsiniz, artıq Rusiyanı dayandırmaq lazımdır və ümid edək ki, bunu Tramp edəcək. Əgər Tramp da Rusiyanı yerində oturtmasa, vəziyyət daha da pisləşəcək”.

Keçmiş səfirin fikrincə, ABŞ-Rusiya qarşıdurması şəraitində Azərbaycanın xarici siyasətdə manevr imkanları da məhdudlaşır:

“Açıq deyək ki, Azərbaycanın balanslı siyasətinin ciddi bir effekti yoxdur. Görürsünüz, Azərbaycan Rusiya ilə nə qədər münasibət qurursa da, Moskva Ermənistanla daha da yaxınlaşır, birgə ordu qurur, işğalçı ölkəni tam himayə edir. Belə vəziyyətdə balanslı siyasətin faydası olmur.

Doğrudur, Azərbaycanın balanslı siyasətdən imtina etməsi üçün də yetərli potensialı yoxdur. Yəni ABŞ-Rusiya qarşıdurması şəraitində Azərbaycanın xarici siyasətdə manevr imkanları geniş deyil. Ona görə də, əsas diqqət daxili siyasətə yönəlməlidir. İslahatlarla, başqa pozitiv addımlarla elə bir vəziyyət yaratmalıyıq ki, Qərb Azərbaycanı dəstəkləməyin zəruriliyini dərk eləsin”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

433
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM