!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Genişlənən ERKƏN NİKAH “EPİDEMİYASI”: “Ya qorxduqları, ya da qızlarını “yük” olaraq gördükləri üçün...”

!Reklam – Yazi

“Problemin aradan qaldırılması üçün ölkədə kompleks tədbirlərin həyata keçirilməsi tələb olunur”.

Bu fikirləri ölkədə erkən nikahların qurulması ilə bağlı statistikanın kritik həddi keçməsi və problemin həll yolları haqda danışan professor Əhməd Qəşəmoğlu Yeniçag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, valideynlərin öz övladlarını erkən nikaha vadar etmələrinin ciddi sosial səbəbləri var:

“Erkən nikah günümüzün ən aktual problemləri sırasındadır və bununla bağlı faktlar bölgələrimizdə daha çox qeydə alınır. Bu problemdən bəhs olunarkən, insanlar ilk növbədə övladlarını erkən nikaha məcbur edən valideynləri hədəfə götürürlər. Lakin bu, o qədər də düzgün yanaşma deyil.

Çünki bu problemin aradan qaldırılması üçün ölkədə kompleks tədbirlərin həyata keçirilməsi tələb olunur. Övladını erkən nikaha vadar edən valideyndən bunun səbəbini soruşanda, qızını oxumağa göndərməyə maddi imkanının olmadığını və rayonlarda iş tapmağın çətinliyini önə çəkir, həmçinin qızını Bakıya göndərməkdən ehtiyatlandığını deyir.

O valideynlərin dediklərindən belə aydın olur ki, onlar ya qorxduqları, ya da qızlarını “yük” olaraq gördükləri üçün övladlarını erkən yaşda evləndirməyə can atırlar. Belə halların geniş yayıldığı bölgələrdə insanlar ciddi şəkildə maarifləndirilməlidir. Eyni zamanda, qız uşaqlarının məşğulliyyətinə, oxumasına dövlət tərəfindən qayğı daha da artırılmalı, bu istiqamətdə müəyyən proqramlar həyata keçirilməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv