!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mehriban düşmən”lərin MƏCBURİ İTTİFAQI: “Region ölkələrinin əməkdaşlığı və təhlükəsizliyi...”

!Reklam – Yazi

“Orada yalnız üç böyük ölkənin yox, həm də Cənubi Qafqaz dövlətlərinin maraqları təmin oluna bilər”.

Bu fikirləri 3+3 formatının (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan) perspektivini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, iqtisad əlaqələr və regionun təhlükəsizliyi baxımından, bu formatın effektli olması mümkündür:

“İndiki məqamda 3+3 formatını təşkil edən ölkələr bu platformanın beynəlxalq status əldə etməsinə çalışırlar. Bu istiqamətdə hələlik məsləhətləşmələr, fikir mübadiləsi gedir. Formatın inkişafı və özünü təsdiqləməsi isə üzv ölkələrin yanaşmasından çox asılıdır.

3+3 formatının yaradılmasında gerçək məqsəd bəllidir: Cənubi Qafqazda digər oyunçuların mövcudluğunun qarşısını almaq, eyni zamanda, Cənubi Qafqazın üç ölkəsi ilə razılaşıb ümumi dil tapmaq, iqtisadi, siyasi, hərbi əməkdaşlıq qurmaqdır. Lakin region ölkələrindən Gürcüstan bu formata daxil olmaq istəmir. Birinci səbəb Gürcüstan Konstitusiyasında əks olunan Avropa İttifaqı ilə NATO-ya inteqrasiya seçimidir.

Gürcüstan öz gələcəyini Türkiyə, İran, Rusiya ilə əməkdaşlıqda yox, yalnız Avropa İttifaqı və NATO-da görür. İkinci səbəb də odur ki, “altılıq”da Rusiya xüsusi səlahiyyət əldə edəcək. Yəni Rusiya nüvə dövlətidir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, veto hüququ var. Gürcüstan işğalçı dövlətlə heç bir sahədə əməkdaşlıq etmək istəmir. Bu, rəsmi Tiflis üçün ciddi maneədir.

Ancaq 3+3 formatının müsbət tərəflərinin olduğu da qeyd edilməlidir. Orada yalnız üç böyük ölkənin yox, həm də Cənubi Qafqaz dövlətlərinin maraqları təmin oluna bilər. Hər halda, bu elə bir formatdır ki, Azərbaycan, Gürcüstan və Ermənistan həm qarşılıqlı əməkdaşlıq edə, həm də regiona təsir etmək istəyən böyük dövlətlərin təsirini azalda bilərlər.

Azərbaycan Rusiya və Türkiyə ilə səmərəli əməkdaşlıq qura bilib. İranın iddialarını zərərsizləşdirərək, rəsmi Tehranla da xoş münasibətləri bərpa etməsi mümkündür. Ermənistan üçün bu qurum təhlükəsizliyin təmin edilməsi və xarici təsirlərin azaldılması baxımından, əhəmiyyətlidir. O cümlədən, bu format qonşu Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün də əlverişli platformadır.

İran üçün bu qurum ona xidmət edir ki, Qərb tərəfindən yaradılmış beynəlxalq təcriddən çıxa bilsin. Beynəlxalq təcrid amili Rusiya üçün də aktualdır. Bu format Türkiyəyə ona görə lazımdır ki, regional mühüm oyunçusu kimi öz imkanlarını reallaşdırmaq üçün əlavə münbit meydança əldə etsin. Digər tərəfdən, unutmayaq ki, Türkiyə Qərbin bir hissəsi, həm də NATO-nun üzvüdür, Qərblə sıx əməkdaşlığı var. Əgər bu format möhkəmlənərsə, Türkiyə orada tək özünün yox, Qərbin də maraqlarını təmsil edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv