Metronun “Ulduz” stansiyasında relslərin üzərinə düşən şəxsin kimliyi aydın olub.
Yenicag.az “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu 23 yaşlı Şahlar Həsənovdur.
Onun relslərin üzərinə ehtiyatsızlıqdan və yaxud bilərəkdən yıxılması hələ dəqiqləşməyib.
Yıxılan zaman gənc müxtəlif xəsarətlər alıb və təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra qatarların hərəkətində 11 dəqiqəlik gecikmə baş verib. Qatarların hərəkəti bərpa olunub.
Araşdırma aparılır.
***
Bakı metrosunda gənc oğlan müvazinətini itirərək qatar yoluna düşüb.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Yenicag-az-a bildirilib ki, hadisə bu gün saat 19:06 radələrində Ulduz stansiyasında baş verib.
Həmin vaxt xətt üzrə “Dərnəgül”-“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar stansiyaya daxil olub. Dərhal qatar dayandırılıb və sərnişin qatar yolundan çıxarılaraq təcili tibbi yardım stansiyasına təhvil verilib.
www.yenicag.az