!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ərinin amansızlıqla qətlə yetirdiyi müğənni Yaqutun ÖLÜMÜNƏ: “Hər şeylərini satmışdılar ki, təki...” - FOTO

!Reklam – Yazi

“Yaqut illər öncə Türkiyədə beynindən əməliyyat olunmuşdu, çox çətinliklə həyata qaytarılmışdı”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Könül Aypara bu gün günorta saatlarında həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilən müğənni Yaqut Nərimanla bağlı ağrısını ifadə edərkən bildirib.

O, Yaqutun illər öncə sağ qalmaq uğrunda mübarizə apardığını, sonda xilas olduğunu xatırladaraq eşitdiyi xəbərdən şok olduğunu deyib:

“Yaqutu gənc vaxtlarından tanıyıram. “Azəristar” yarışmasının iştirakçısı olub. Öz xalası oğlu ilə ailə qurub. Bir oğul övladları var. Yaqut illər öncə Türkiyədə beynindən əməliyyat olunmuşdu. Çox çətinliklə həyata qaytarılmışdı. Bacısı Şəlalə ilə uzun müddət “Oxu Məni” qəzetində bərabər çalışmışdıq.

İndi eşitdim ki, Yaqut əri tərəfindən başı kəsilərək, qətlə yetirilib. Allah lənət eləsin! O ailə Yaqutun sağ qalması üçün varından-yoxundan keçmişdi axı! Hər şeylərini satmışdılar ki, təki Yaqut sağ qalsın. Allah rəhmət eləsin. Şokdayam, söz də tapmıram…”

 

Cəvahir

www.yenicag.az

1135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv