Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakı metrosunda problem

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb

Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, bu gün səhər saat 07:00 radələrində metronun “İçərişəhər” stansiyasında qatarlardan birində texniki nasazlıq yaranıb:

“Sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Nəticədə metronun “qırmızı xətt” istiqamətində yəni “İçərişəhər” xətti ilə hərəkət edən qatarların intervalında 8 dəqiqəyə qədər gecikmə yaranıb. İntervalın pozulması iki qatar arasında olub. Təəssüf ki, bu ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub.

Hazırda iki qatar arasında yaranan gecikmənin və ümumilikdə stansiyalarda qatarların qrafik üzrə hərəkətinin təmin olunması üçün tədbirlər görülür. Qısa müddətdə problem aradan qaldırılacaq”.

Loading...

www.yenicag.az

583
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100