Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakı Nəqliyyat Agentliyi: "Günah azarkeşlərdədir!"  

Bakı Nəqliyyat Agentliyi “Qarabağ”-“Roma” matçından sonra yaşanan avtobus probleminə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev BNA-nın verdiyi sözə əməl etdiyini bildirib.

Onun dediyinə görə, Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalında ən son tamaşaçı ərazini tərk edənə qədər avtobuslar fəaliyyət göstərib:

“Düzdür, tamaşaçıların stadiona gəlişi zamanı müəyyən çətinliklər yaşanıb. Bu da yollardakı tıxacla əlaqədar olub. Nə avtobusların sayında, nə də tamaşaçıların daşınmasında problem yaşanmayıb. Hava şəraiti ilə əlaqədar müəyyən çətinliklər vardı. Lakin görülən operativ tədbirlər nəticəsində bu çətinliklər də aradan qaldırılıb”.

BNA rəsmisi deyir ki, sosial şəbəkələrdə yayılan görüntülər “Koroğlu” stansiyasının çıxışına yaxın, nəqliyyat mübadilə məntəqəsinin ərazisində çəkilib:

“Sərnişinlər özləri yanlış istiqamətdə gediblər. Ona görə də həmin avtobusları görməyiblər. Bu da səhv rəylər yaradıb”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi oyundan öncə azarkeşlərin pulsuz və rahat şəkildə Baku Bus avtobusları ilə stadiona çatdırılacağını bildirmişdi. Lakin bu, heç də yüksək səviyyədə təşkil edilmədi və minlərlə insan yağışın altında qaldı. Məsələ ilə bağlı sosial şəbəkələrdə də kifayət qədər etiraz statuslarını görmək mümkündür.

www.yenicag.az

1050
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM