Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Bakı rüzgarı" kitabının təqdimat mərasimi keçirilib- FOTOLAR

Bu gün Bakı Yunus Emre İnstitutunda Cümhuriyyət dönəmində xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın “Bakı Rüzgarı” kitabının təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, təqdimatda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib. Bakı Yunus Emre İnstitutunun müdiri İbrahim Yıldırım, Səməd Vurğun Muzeyinin direktoru Nüşabə Vəkilova, Mir İsmayıl Saryalın nəvəsi Nilgün Saryal, Azərbaycan millət vəkili Qənirə Paşayeva, AMEA Ədəbiyyat İnstitutunun Asiya Xalqları şöbəsinin müdiri prof. dr. Bədirxan Əhmədov, “Ədəbiyyat” qəzetinin baş redaktoru dr. Aəzr Turan, “Xan” Nəşriyyatının rəhbəri Şəmil Sadiq, tədqiqatçı Ceyhun Nəbiyev, əməkdar jurnalist, siyasi elmlər namizədi Qərənfil Xəlilova çıxış edərək kitab haqqında fikirlərini bildiriblər. Tədbirdə eyni zamanda bir çox ziyalı, ədəbiyyatçı, jurnalist iştirak edib.

Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir.

Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.

Yenicag.az

Loading...

www.yenicag.az

891
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100