!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “Ahıska Kızları” qabiliyyət yarışması keçiriləcək

!Reklam – Yazi

Martın 26-da Bakıda Dünya Ahıska Türkləri Birliyi (DATÜB), Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən təşkil edilən V Beynəlxalq “Ahıska Kızları” Qabiliyyət Yarışması keçiriləcək.

Yenicag.az xəbər verir ki, yarışmaya Azərbaycan başda olmaqla, Qazaxıstan, Türkiyə (Erzincan ve Bursa), Qırğızıstan, Ukrayna ve Gürcüstandan olan iştirakçılar qatılacak.

Beynəlxalq “Ahıska Kızları” Qabiliyyət Yarışması aşağıdaki istiqamətlər üzrə keçiriləcək:

• Özünü təqdimetmə
• Şeir oxuma
• “Mən bir ulduzam” mahnı və rəqs nümayişi
• İntellektual turnir
• Türk xalqlarının atalar sözləri və folklor nümunələrinin təqdimatı
• “Şərqin incisi” moda nümayişi

Müsabiqədə həm müasir üslubun olduğu ölkənin geyimində həm də milli geyimlər nümayiş etdiriləcəkdir.

Müsabiqənin hər bir mərhələsindəki iştirakçının performansı 3 dəqiqədir.

Müsabiqə ərzində iştirakçının bacarıqlarını qiymətləndirərkən bədii oxu və bədii mətnin seçilməsinin orijinallığı nəzərə alınacaq.

Müsabiqənin qalibləri Dünya Ahıska Türkləri Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən diplom və qiymətli mükafatlar ilə təltif olunacaqlar.

Tədbir 26 mart 2018-ci il tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında saat 12:00-da başlanacak.

Bütün millətimiz və qonaqlarımız, xüsusilə də media nümayəndələrimiz tədbirimizə dəvətlidir.

Giriş pulsuzdur.

Əlaqə üçün mobil: 050 570 78 88 Mövlud İşık

www.yenicag.az

2105
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv