Reklam: High Technic
hightechnic

Bakıda bomba həyəcanı - İtlər gətirildi - FOTOLAR - Yenilənib

Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu aşkarlanması barədə polisə məlumat daxil olub.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, polisə zəng edən şəxs vağzalın ikinci mərtəbəsində yerləşən Pizza HUT restoranında bomba olduğunu bildirib. Hazırda ərazi mühasirəyə alınıb, axtarış aparılır.

Bu dəqiqələrdə əraziyə FHN-nin xüsusi təlim itləri gətirilib.

Dəmiryol Vağzalından verilən məlumata görə, hadisə ilə əlaqədar qatarların hərəkət cədvəlində dəyişiklik edilməyib. Yalnız Sumqayıta gedən qatara bilet satışı dayandırılıb.

Bomba xəbərinin yayılmasından  1 saat keçsə də Bakı Dəmiryolu Vağzalının rəisi İlyas Məmmədov hadisə yerinə gəlməyib.

Axtarış tədbirləri təkcə Pizza HUT restoranında deyil, ərazidə olan bütün iaşə obyektlərində davam etdirilir.

Bu dəqiqələrdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın verdiyi məlumata görə, axtarış tədbirləri 10 dəqiqədən sonra başa çatdırılacaq.

10 dəqiqədən sonra əməliyyat-axtarış tədbirləri yekunlaşdırılıb, akt tərtib olunub.

 

Emin Səfərov

Foto: Cəmalə

www.yenicag.az

2231