Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Bakıda medal qazanan güləşçi İstanbulda güllələndi

Reklam: Sinerji Pro

Yunan-Roma güləşi üzrə Türkiyə yığmasının üzvü Cenk İldem silahlı hücuma məruz qalıb.

Yenicag.az xəbər verir ki, ötən gecə İstanbulda baş verən hadisəyə onun tıxac zamanı bir neçə şəxslə mübahisə etməsi səbəb olub.

Mübahisə zamanı açılan atəş nəticəsində güləşçi hər iki ayağından yaralanıb. Əməliyyat olunan Cenk İldemin durumunun normal olduğu bildirilir.

Qeyd edək ki, 98 kq çəki dərəcəsində çıxış edən pəhləvan 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Bundan başqa o, Rio-2016-nın da “bürünc”ünə sahib çıxıb.

www.yenicag.az

1436
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM