Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda Rumıniyanın Birlik Günü qeyd olundu - FOTOLAR

Bakıda Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Birlik Günü münasibətilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, 28 noyabr tarixində keçirilən tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku, Xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta, eləcə də Milli Məclisin deputatları, iş adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan və Rumıniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirə çıxış sözü ilə başlayan Rumıniyanın ölkəmizdəki səfiri Dan Yanku ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələr arasında hərtərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulayıb:

“99 il bundan əvvəl, 1918-ci il 1 dekabr tarixində, müharibə şəraitində olan qitəyə sülh öz üzünü güldürməklə, Rumıniya dövlətinin birliyi sonunda tam əldə edildi. Bu, xalqın möhkəm istəyindən irəli gələn sülh yolu ilə, dözümlülük və tolerantlıq ruhunda baş verdi. O zaman doğulan yeni Rumıniya sonrakı illərində zamanın ən yüksək standartlarını, tolerantlıq, ədalət və hörmət dəyərlərini ölkə daxilində və xaricində təşviq etmək üçün böyük səylər göstərmişdir. Bu dəyərlər bu gün də bizim siyasətimizin mərkəzində qalmaqdadır. Bu gün Rumıniya və Azərbaycan güclü dostluq əlaqələri və ortaq dəyərləri ilə bir-birinə bağlıdır. Azərbaycan regionda Rumıniyanın strateji tərəfdaşı olan yeganə ölkədir. Azərbaycan Cənubi Qafqazda bizim ən böyük iqtisadi tərəfdaşımız, həmçinin energetika və nəqliyyat kimi strateji sahələrdə bizim əsas regional həmkarımızdır”.

Daha sonra tədbiri öz çıxışı ilə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov davam etdirib. O, hər iki ölkə arasında olan hərtərəfli əlaqələr və onlar arasında olan müstəsna xidmətlər haqqında danışıb:

“İlk olaraq Rumıniya xalqını milli bayram – Birlik günü münasibətilə Azərbaycan dövləti adından təbrik edirəm. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunması alqışalayiqdir. Azərbaycan və Rumıniya arasında ötən 25 il ərzində əlaqələr strateji tərəfdaşlıq səviyyəsində müsbət xətt üzrə yüksəlib və bütün sahələri əhatə edən münasibətlər dinamik şəkildə inkişaf edib. Düşünürəm ki, hələ uzun illər hər iki ölkə arasında olan tərəfdaşlıq və dostluq əlaqələri davam edəcək”.

Nazir müavini çıxışı zamanı 2018-ci ilin yanvarında iki ölkə arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının keçiriləcəyini də deyib. O bildirib ki, bu iclasın iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. X.Xələfov çıxışının sonunda Rumıniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi məsələsini də vurğulayıb.

Elvin Paşazadə

www.yenicag.az

1352
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM