Reklam: High Technic
hightechnic

Bakıda sərnişin avtobusları toqquşdu - VİDEO

Bakıda iki sərnişin avtobusu toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə metronun “Gənclik” stansiyası yaxınlığında baş verib.

Belə ki, 33 nömrəli sərnişin avtobusu 202 nömrəli sərnişin avtobusunun güzgüsünü sındırıb. Qəza iki sürücü arasında mübahisəyə səbəb olub. 33 nömrəli sərnişin avtobusun sürücüsü qəzasının bilərəkdən baş vermədiyini bildirib. Lakin “202”-nin sürücüsü onun bu sözlərinə məhəl qoymayaraq, digər avtobusun güzgüsünü açaraq götürüb.

Bu, tərəflər arasındakı mübahisəni daha da qızışdırıb. Onların dalaşmasına yaxınlıqdakı insanlar mane olublar. Sonda 33 nömrəli sərnişin avtobusunun sürücüsü güzgünü digər həmkarına “bağışlamaqla” vəziyyətdən çıxıb.

www.yenicag.az

794