!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mirzə Sakitin oğlu da ermənilərlə toqquşmada yaralandı - "Kişi kimi savaşdım" - Foto

!Reklam – Yazi

Tanınmış satirik şairin oğlu ermənilərin Belçika paytaxtında törətdikləri təxribat zamanı xəsarət alıb.

Yenicag.az xəbər verir ki, dünən Azərbaycanın Belçika Krallığındakı səfirliyi qarşısında Ordumuza dəstək aksiyası keçirən mühacir soydaşlarımız ermənilərin hücumuna məruz qalıblar.

Ermənilərin bu təxribatı zamanı soydaşlarımız arasında ciddi xəsarət alanlar olub. Qarşıdurma zamanı yaralananlar arasında şair Mirzə Sakitin oğlu Cahandar da olub.

Mirzə Sakit oğlunun xəsarət alması ilə bağlı özünün “Facebook” hesabından bu qeydləri paylaşıb:

“Mənə gec xəbər etdilər. Cahandarın özünə telefon etdim, dedi ay ata, narahat olma, igidin başı qalda gərək, mən sənin oğlunam , o Şəhid qardaşlarıma da qanım-canım da qurban olsun.

Dedi ata, canına and olsun, o alçaqlar məni döysələr də, kişi kimi savaş apardım onlarla, ikisininin də ağzını qanatdım, gücüm ona çatdı”.

www.yenicag.az

1960
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv