!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının 400-dən çox küçə və prospekti dezinfeksiya edildi - FOTO

!Reklam – Yazi

Bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən şəhərin mərkəzi küçə və prospektlərində, o cümlədən kənd, qəsəbə və yaşayış massivlərinin küçələrində xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu işlərə RİH-in strukturuna daxil olan xidmətlərin 40, Daxili İşlər Nazirliyinin 20 xüsusi təyinatlı texnikası və kommunal xidmətlərin iki mindən artıq işçisi cəlb olunublar.

Saat 18:00-a kimi şəhər mərkəzi və qəsəbələr üzrə 400-dən artıq küçənin dezinfeksiyası təmin edilib.

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv