Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Balakavr pilləsi üzrə 34 ixtisas ləğv olunub

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.

Nazirlər Kabinetinin qərarına əsasən “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.

“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” adlı sənədin adında da dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura səviyyəsinə aid edilib. Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.

Nazirlər Kabinetinin bu qərarı ilə bağlı təhsil eksperti Kamran Əsədov Bizimyol.info-ya bildirib ki, əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır: “Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. “ASAN xidmət” çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiyasına dayanan yeni xidmətlər əmələ gələcək. Elektron hökumət olacaq, məmura çox da ehtiyac qalmayacaq.

Hesab edirəm ki, cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir. Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək”.

Ekspert deyib ki, bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb, bir çox ixtisaslar ləğv olunub: “Bu ilin yanvar 15-də Dövlət İmtahan Mərkəzinin çap etdiyi abituriyent 1 jurnalında 174 balakavr pilləsi üzrə ixtisas olsa da, bu gün Nazirlər Kabinetinin təstiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nda 140 ixtisas var (əlavə 8 ixtisas da xüsusi təyinatlı ixtisaslardır). Əlavə edilən, yeni yaradılan ixtisasların bəziləri kolleclərdə var idi, indi bakalavr pilləsində də yaradılıb”.

www.yenicag.az

1185
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM