!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tələbatlı ixtisaslar və gənclərin XARİCƏ AXINI: “Daha böyük məbləğə xaricdən kadr gətirib...”

!Reklam – Yazi

“Savadlı iqtisadçıların varlığı gələcəkdə bu sahədə ölkənin mənzərəsini müsbət mənada dəyişməyimizə təkan verə bilər”.

Bu fikirləri abituriyentlərin ixtisas seçiminin ortaya çıxardığı reallığı dəyərləndirən təhsil eksperti Elçin Muradlı Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, gənclərimizin xaricə axınının qarşısını almaq üçün dövlət tərəfindən savadlı kadrlara ciddi dəstək verilməlidir:“İxtisas seçimi zamanı abituriyentlər daha çox gələcəkdə iş tapmaq üçün asan olan ixtisaslara yönəlirlər. Bu da ölkədə işlə təmin olunmaq problemindən qaynaqlanır. Bir çox valideynlər isə ixtisasların mahiyətini tam dərk edə bilmirlər. Bizdə elə ixtisaslar var ki, bu gün həmin ixtisaslar üzrə təhsil alan gəncləri “əldə çıraqla” axtarırlar. Kompyuter elmləri, kibertəhlükəsizlik və digər sahələrdə ixtisaslı kadrlara ehtiyac duyulur. Məsələn, paytaxtın baş planı hələ də hazır deyil. Çünki onu hazırlayacaq mütəxəssislər yoxdur. Təəssüf ki, mühəndis işi ilə bağlı nə isə lazım olduqda, daha böyük məbləğə xaricdən kadr gətirib onların xidmətindən istifadə edirik.

Memarlıq və İnşaat Universitetində ixtisaslaşmada bu istiqamətə diqqət ayrıla bilər. Bundan əlavə, kibertəhlükəsizlik sahəsində bizim ixtisaslı kadrlara ehtiyacımız var. Xüsusilə, indiki həssas dönəmdə belə kadrlara tələbat özünü daha qabarıq göstərir. Digər mühüm ixtisas sahələrindən biri də tibbdir və bu sahədə vəziyyət ürəkaçandır. Yəni yüksək göstərici əldə etmiş abituriyentlər bu ixtisasa daha çox maraq göstərirlər. Bu da gələcəkdə xeyli ixtisaslı kadrların hazırlanması deməkdir. İqtisadiyyat və maliyyə sahəsinin də adını qeyd etmək mümkündür. Hər halda, savadlı iqtisadçıların varlığı gələcəkdə bu sahədə ölkənin mənzərəsini müsbət mənada dəyişməyimizə təkan verə bilər. Müəllimlik da ən əhəmiyyətli ixtisaslar sırasındadır. Əgər müəllimlik peşəsinə yetərincə dəyər verilsə, gənclərin bu sahəyə axını yaranar.

Yusif Səmədzadə

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv