!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazirin müavini istefa verir

!Reklam – Yazi

Avstraliya baş nazirinin müavini Barnabi Coys istefa verəcəyini açıqlayıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun adının eşq qalmaqalında və cinsi zorakılıqda hallanmasıdır.Barnabi jurnalistlərə: “Bazar ertəsi Avstraliyanın baş naziri müavini və Milli partiyanın lideri postundan istefa verəcəyimi bəyan edəcəm”, deyib. O, parlamentdə deputat kimi çalışmağa davam edəcəyini də vurğulayıb.

Qeyd edək ki, siyasətçinin, keçmiş media-məsləhətçisi Viki Kempon ilə eşq yaşadığı üzə çıxıb. Qadının Barnabidən hamilə olduğu məlum olub. Coys Barnabi 24 ildir ki, ailəlidir və 4 uşaq atasıdır.

Nazir müavini cinsi zorakılıqda ittiham edilsə də, o, bunun yalan olduğunu deyərək, aidiyyati qurumların bununla məşğul olmasını istəyib. O, bildirib ki, istefa verməyinə səbəb elə haqqında danışılan yalanlardır.

www.yenicag.az

4571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv