Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baş redaktordan deputata qarşı sərt ittiham - "Dövlətin təhlükəsizliyini..."

“Deputat Cavanşir Feyziyev AFN haqqında düzgün olmayan iddia səsləndirib. Guya AFN-i Eldar Mahmudovun yaratdığını və saytın onun çetesi tərəfindən maliyyələşdirildiyini deyib. Bu, bir deputat üçün olduqca böyük qüsur, ayıbdır ki, heç bir əsası olmayan fikri səsləndirir”.

Bunu AFN-in baş redaktoru Səbuhi Qafarov deyib. O bildirib ki, Mingəçevirdə fəaliyyət göstərən əczaçılar tərəfindən “Avromed” şirkəti haqqında redaksiyaya daxil olan şikayət rəhbərlik etdiyi saytda ictimailəşdirilib: “Həmişə olduğu kimi, şirkətdən mövqe almaq üçün müraciət etdikdə Şəhla Mahmudova adlı xanımın e-mail ünvanını verdilər. Hansı ki, həmin ünvandan bizim e-mail ünvanımıza Cavanşir Feyziyevin deputat kimi fəaliyyətini, müsahibələrini, rəy və şərhlərini göndərirlər. Bu baxımdan Ş.Mahmudovanın həm deputatın, həm “Avromed”in PR işini aparması bütün məsələni açıb ortaya qoyur ki, Cavanşir Feyziyev birbaşa “Avromed”ə rəhbərlik edən adamdır. Üstəlik, ötən il Bakıda baş verən ölümlə nəticələnən qəzada “Avromed”in avtomobilini Cavanşir Feyziyevin şəxsi sürücüsünün idarə etdiyi ortaya çıxdı. Bu hələ bizə məlum olan tərəfləridir. Cavanşir Feyziyev indiyədək dəfələrlə şirkətin ona məxsus olmadığını bildirsə də, ortaya tutarlı dəlil-sübut qoya bilməyib. Ona görə də haqlı olaraq mediada “Avromed”in ona məxsus olması hələ də yazılır. Biz də əczaçıların şikayətlərini ictimailəşdirərkən Feyziyevin adını hallandırmışıq. Deputat isə qarşılığında AFN-i guya Eldar Mahmudovun yaratdığını, onun ətrafının maliyyələşdirdiyini deyib. Bu, nöqsan olmaqla bərabər, cinayətdir. Adam ölkənin qanunverici orqanında təmsil olunur, dəqiqləşdirilməmiş, doğru olmayan informasiya səsləndirir. Üstəlik, Eldar Mahmudov artıq 3 ildir ki, vəzifədən alınıb, zamanında onun ətrafında, buyruğunda olan şəxslər, saytlar, jurnalistlər hamısı aşkarlanıb, ifşa olunub. Deputat bu fikri ilə həm də hüquq-mühafizə orqanlarını, ölkənin təhlükəsizlik sistemini tənə altında qoyur. AFN ölkənin oxunan, izlənən saytlarından biridir. Artıq 6 ildir fasiləsiz fəaliyyət göstərir”.

S.Qafarovun sözlərinə görə, C.Feyziyevi yönəldənlərin kimliyini bilir: “Təəssüf ki, ona bizim həmkarlarımız istiqamət verir. Konkret olaraq modern.az saytının baş redaktoru Elşad Eyvazlı Cavanşir Feyziyevin “işləri” ilə məşğul olur. O, bir müddət əvvəl də deputatla bağlı AFN-də gedən yazıların çıxarılması üçün bizə pul təklif etmişdi. Ondan sonra modern.az-ın işçilərindən biri eyni təklifi etdi və biz hər dəfə imtina etdik. İndi də Cavanşir Feyziyev məhz Eyvazlının öyrətməsi ilə haqqımızda hədyan yazır, o da ona və orda bizə qarşı yazılan rəylərə dəstək verir. Bu, həmkar etikasına zidd hərəkətdir. Biz indiyədək nə heç bir həmkarımız haqda yazılan hər hansı yazını saytda verməmişik, nə də jurnalistlərə qarşı yazılan statuslara, aparılan kampaniyalara reaksiya verməmişik. Versək də, müdafiə mövqeyində olmuşuq. Elşad Eyvazlı isə artıq neçənci dəfədir ki, AFN haqqında yazılan yalan-böhtan yazıları saytında dərc etməklə yanaşı, indi də təhqir olunduğumuz rəylərə eşqlər yağdırır. Adam Parlament Jurnalistləri Birliyinin sədri, sayt baş redaktorudur, daim deputatların mövqeyindən çıxış edir. Sanki həmkarları biz deyilik, deputatlardır. Niyə? Səbəb nədir? Bunu anlamaqda çətinlik çəkirik”.

www.yenicag.az

285
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100