Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Başımızdan enməyən "Domokl qılıncı": təhsil haqqı necə ödənilməlidir? - PROBLEM

Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan tələbələrdən təhsil haqqı birdəfəyə tələb olunur. Bu səbəbdən də bir çox tələbələr sənədlərini təsdiqlədə bilmirlər. Görəsən, vəziyyətdən çıxış yolu varmı?

Milli Məclisin deputatı Fazil Mustafa Yenicag.az-a açıqlamasında bildirdi ki, ödənişli əsaslarla qəbul olunan tələbələrə maneələr yaradılmamalıdır:

“Təhsil haqqının birdəfəlik həyata keçirilməsi və bu baş vermədikdə qəbul olunanların sənədlərinin təsdiqinin aparılmamasına legitim şəkildə yanaşmaq doğru hesab oluna bilməz. Elə insanlar var ki, onlar birbaşa ödəmə imkanına malik deyillər, pulu yalnız hissə-hissə verə bilərlər. Təəssüf ki, belələri çoxluq təşkil edir. Bu vəziyyət onların təhsil almaq hüququndan məhrum olmaları anlamına gəlməməlidir. Göstəriş verilməlidir ki, ödənişli əsaslarla qəbul olunanların, onu birdəfəlik, yaxud hissə-hissə ödəmələrindən asılı olmayaraq sənədləri təsdiq edilsin. Yalnız ilin sonunda faktiki olaraq, ödəniş edilmədiyi təqdirdə verilən sənədlər qüvvədən düşmüş sayıla bilər”.

Təhsil eksperti Vahid Aslanın fikrincə, insanlıq qanununa söykənməklə ödənişli əsaslarla qəbul olunanların ödəməni hissə-hissə həyata keçirmələrinə imkan yaradılmalıdır:

“Aydın məsələdir ki, ödənişli əsaslarla qəbul olunanlardan pulun birdəfəlik tələb olunması insanların maddi vəziyyəti ilə tərs-mütənasibdir. Ona görə də valideynlərin imkanını nəzərə alaraq, ödənişlərin əvvəlki qaydada, mərhələli şəkildə ödənilməsi bərpa olunmalıdır. Amma özəl ali məktəblərdən bunun belə olmasını tələb etmək bir qədər problemlidir. Məsələnin həlli yalnız özəl universitet rəhbərlərinin insafından asılıdır. Onlar əhalinin vəziyyətinə uyğun olaraq güzəştli yolla getməli, təhsil haqqının hissə-hissə ödənilməsini həyata keçirtməlidirlər. Yəni prosesdə yazılmayan insanlıq qanunları işləməlidir. Çünki əhalimizin rifahı o qədər də yüksək deyil. Ortalıqda prosesi nizamlayan konkret istinad qanunu olmadığından yalnız yazılmayan insanlıq qanununa söykənməklə məsələnin ədalətli həllinə nail olmaq olar”.

ELÇİN
Yenicag.az

www.yenicag.az

466
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM