Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların SİYAHISI

Reklam: Sinerji Pro

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir partiyanın – Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

Yenicag.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Respublikaçılar Partiyasının bələdiyyə seçkilərində iştirakı səsverməyə çıxarılaraq qəbul olunub.

Qərara əsasən, siyasi təşkilatın səlahiyyətli nümayəndəsi qeydiyyata alınıb.

Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 13-ə çatıb.

Xatırladaq ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Vəhdət Partiyasının bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

www.yenicag.az

600
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM