!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bələdiyyə seçkilərinin təbliği ilə bağlı dəyirmi masa keçirildi - FOTO

!Reklam – Yazi

Sabirabad rayonunda “Seçicilər arasında maarifləndirmənin təşkili üçün QHT- vətəndaş əməkdaşlığı” adlı layihə üzrə Dəyirmi Masa keçirilib.

Yenicag.az xəbər verir ki, “Demokratik İnkişafın Dəstəklənməsi” İctimai Birliyi tərəfindən keçirilən layihə Azərbaycan Respublikasını Prezidenti Yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

Dəyirmi Masa Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutub. Tədbirə Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri də qatılıb. Öncə çıxış edən icra nümayəndəsi Cavanşir Nəsirov bələdiyyə seçkiləri öncəsi təbliğat işlərinin aparılmasının vacib olduğunu deyib və tədbirə görə ictimai təşkilat nümayəndələrinə təşəkkür edib. O, ümuiyyətlə bu sahədə Qeyri- Hökumət Təşkilatlarının xüsusi rolu olduğunu deyib.

Daha sonra layihə rəhbəri Kərim Əhmədov çıxış edərək, layihənin məqsədləri barədə məlumat verib. O bildirib ki, layihənin əsas mahiyyəti bələdiyyə seçkilərində vətəndaşların aktiv iştirakını təmin edilməsinə ictimai dəstəyin verilməsidir: “Azərbaycan dövləti regionların inkişafı proqramı daxilində yerli bələdiyyələrin fəaliyyələrinin artırılması üçün bir çox hüquqi reformalar həyata keçirib, bu bələdiyyələrə əlavə stimul verib, onların müstəqil bir qurum kimi vətəndaşlar arasında nüfuzunun artmasına rəvac verib. Buna baxmayaraq, hələ də bələdiyyələr vətəndaşların tam rəğbətin qazana bilməyib. Bu da onların fəaliyyətlərində mənfi təsir edir. Vətəndaşların yerli bələdiyyələrlə əlaqələri zəif olduğundan görülən işlər əsasən səmərə vermir. Yerli sakinlərin üzləşdiyi ictimai problemlərə bələdiyyələrin çevik reaksiya verməməsi, vətəndaşlar arasında ünsiyyətinin zəif olması bələdiyyələrin nüfuzuna birbaşa təsir edir”.

Kərim Əhədov bildirib ki, yerli idarəetmə qurumlarının aktiv fəaliyyət göstərməsi vacibdir, bu isə bələdiyyələrin layiqli namizədlərdən təşkil olunması vacibdir. Bu isə vətəndaşların müvafiq seçkilərdə fəal iştirakından keçir. Layihə rəhbəri bildirib ki, ilin sonunda bələdiyyə seçkiləri keçiriləcəyi nəzərə alınarsa, bu məsələnin aktuallığı nəzərə çarpar.

Daha sonra çıxış edən ekspert Şaban Nəsirov bələdiyyələrin yaranma tarxindən danışıb: “Məlum olduğu kimi, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilib. O dövrdə Respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771- ə endirilib. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə keçirilib. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir”.

Daha sonra Şaban Nəsirov bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb. O, yerlərdə seçkilərə marağın böyük olmasının vacib əhəmiyyət daşıdığını vurğulayıb: “Digər idarəedici qurumlardan fərqli olaraq bələdiyyələrin təşkil olunması vətəndaşların öhdəsinə buraxılır. Bu hüquqdan yararlanmaq üçün fəal şəkildə seçkiyə qatılmaq vacibdir”.

Sonra “Bələdiyyə maarifləndirmə-2019” adlı büklet tədbir iştirakçılarına paylanıb.

Kərim Əhmədov tədbirin təşkilində göstərdiyi Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, eləcə də icra başçısının müavini Cavanşir Nəsirova təşəkkürünü bildirib.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv