!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəlkə ananızı başqası əmib?” - Mir Şahindən +18 söhbət - VİDEO  

!Reklam – Yazi

ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr, daha doğrusu, inləmələr olub. Bəri başdan deyim ki, məni bu komissiyanın sədrinin hansısa konqresmen, Kris-Mris olması əsla narahat etmir, ermənipərəstdi, hindusevərdi, geydi, biseksualdı – bunun da heç bir fərqi yoxdur.

O boyda Trampvay qəzasından sonra bunlar hamısı təfərrüatdı. Mən tamam başqa mətləblərdən danışacam. Bu konqresdi, konklrisdi, nə bilim nə zibildi, bura şikayət qusub-qaytaran Emin anti-Millidən, buğumayaqlılar tipi, məməlilər sinfi Orduxandan, onların vətənə xəyanətindən… Belələri hansısa konqresdən yox e, lap şeytanın özündən belə fürsət dilənməyə razı olarlar, təki bu kiçik, amma müsəlman dövlətlərinin ən sabiti, ən mütərəqqisi, ən dünyəvisi, ən yaxşısı gözdən salınsın. Bu adamcıqlar xalqı, dövləti, onun rəhbərlərini çirkaba bulaşdırmaqdan çəkinmirlər. Amma niyə axı? Mən Emin millidi, antimillidi-nədi, onun çıxışına xəcalətlə qulaq asdım.

Bu adam xarici ölkədən öz doğma vətəninə cəza tələb edirdi. Bundan o yanası yoxdur e! Məni bağışlayın və indi eşidəcəyinizi də söyüş kimi qəbul etməyin. Amma bu hərəkət kişilikdən deyil. Bu, biqeyrətlikdir, binamusluqdur. Vətən anadırsa, bu anasını tənbeh üçün, cəza üçün başqasına bağışlamaqdır. Azərbaycanı korrupsiyada, rüşvətdə, ağlı-qaralı min suçda günahlandıran rəzillər, yəni siz anlamırsınız ki, hətta Azərbaycanın 10 milyonluq əhalisi kütləvi şəkildə rüşvətə, korrupsiyaya bulaşarsa belə, siz ona irad tutma haqqınızı artıq itirmisiniz, çünki bu günahlardan, bu cinayətlərdən min dəfə ağırına siz batmısınız! Bu cinayətin adı vətənə xəyanətdir! Ən ağır günah budur! Ən ağır cinayət budur! Dünənədək siz erməni olmağı təhqir sayırdınızsa, bu gün erməniyə oxşamağı təşviq edirsiniz. Hələ də başa düşə bilməmisiniz ki, hər millətin, xalqın, dövlətin özünəməxsusluqları var. Bu eksklüzivliyi kimsə qəbul edə, kimsə etməyə bilər, amma bununla barışmaq lazımdır. Eynicinslilərin nikahına xeyir-dua verən bir dəyərlər sistemini qəbul edən heç bir dövlətin Azərbaycana mənəviyyat gidi olmaq haqqı yoxdur.

“Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamını böyükləriniz LGBT bayrağı haqqında deməyib! Bu bizim Azərbaycandır! Biz Azərbaycan ismini bütün hallarında sevirik. Siz bəyənmirsinizsə, rədd olub gedə bilərsiniz. Necə ki getmisiniz. Özünüzü xatırladıb ürək bulandırmayın! Gedin, özünüzə bir başqa Azərbaycan yaradın, artın, çoxalın, özünüz kimi viruslar, mikroblar doğub törədin, üfunətinizi ölkəmizin havasından yığışdırın.

Görün, imdadı kimdən istəyirsiniz, kimin üzərinə sanksiya istəyirsiniz, hansı ölkəyə cəza istəyirsiniz. Mən bütün ziyalılardan, “təhqir etmə” deyə mənə tövsiyə verən ağsaqqallardan, ağbirçəklərdən üzr istəyirəm, amma axı mən bu insanların adlarını çəkməliyəm. Yaxşı, indi bütün bunlardan sonra mən Emin Milliyə binamus deməməliyəm? Orduxana biqeyrət deməməliyəm? Mən demirəm, siz deyin. Necə edim? Mən həyatımda çox eybəcərliklər, mənəvi kifirlik və naqisliklər görmüşəm, amma ana-bacısının namusu, isməti, atasının-babasının qeyrəti olan vətəni mama-rozalığa təğyir-libas olmuş Emin Milli və Orduxan kimi xacələr vallah, nadir nüsxələrdir.

Adama deyərlər ki, ay yoldaş, ay yaldaş, axı yaladığın yal özgənindir. Və bu özgə də Azərbaycanı, onun liderini tanıyır, bu dövlətlə əməkdaşlığı sənin kimi qulağı kəsikdən milyon dəfələrlə üstün tutur. Bəli, Emin Antimilli, Amerika Birləşmiş Ştatları bütün özündən müştəbehlik və dövlət xudbinliyinə baxmayaraq anlayır ki, enerji təhlükəsizliyi daha vacibdir, nəinki sizin kimi gigiyenik təhlükəsizlik vasitələri. Bu eybəcərliyi özünüzə necə rəva bilirsiniz axı? Siz ana südü əmməmisiniz, bəlkə bu vaxt ananızı başqası əmib, Emin, Orduxan?!

Mən bu günə qədər dözürdüm və düşünürdüm ki, siz heysiyyətin, qürurun ən aşağı yerinə salınanda birdən ayılar və özünüzü də, soyadınızı da hifz edərsiniz. Amma siz neylədiniz? Azərbaycanı bir Kolaya dəyişdiniz? Doğrudanmı, Azərbaycan aldığınız tula payından ucuzdur? Doğrudanmı dizinə qısılıb mərhəmət umduqlarınızın sizdən birdəfəlik vasitə kimi necə istifadə etdiklərini hiss etmirsiniz? Yaxşı tutaq ki, taxılanda hiss etmədiniz, bəs çıxarılanda?

www.yenicag.az

15436
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv