Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Bir YAP da Türkiyədə: Küskün “trio” yeni partiyanı elan etdi

Reklam: Sinerji Pro

Türkiyənin keçmiş prezidenti Abdullah Gül, baş naziri Əhməd Davudoğlu və baş nazirin müavini Ali Babacan yeni siyasi təşkilat yaradıblar.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hakim AKP-dən ayrılan və qardaş ölkədə “küskünlər” kimi tanınan bu “trio”n yeni partiyanın patentini almaq üçün “Türk Patent və Marka Qurumu”na müraciət edib.

Məlumata görə, “üçlük” yeni partiya üçün “Yaşam ve Adalet Partisi” (YAP) adını seçib. Partiyanın loqosunda isə sünbül saçağı, günəş və tərəzi təsvirləri əks olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl Davudoğlunun partiya üçün bina kirayələdiyinə dair xəbərlər də yayılmışdı.

Aqil Bəkir

www.yenicag.az

2865
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM