Reklam

Reklam

“Azərişıq” ASC borclu abunəçilərinə xəbərdarlıq edib.

“Azərişıq” ASC-dən Yenicag.az-a verilən məlumata görə, qurumun fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-dan saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakçılara qarşı qanunvericiliyə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2537
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."