!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu dərmanların satışına qadağa qoyuldu

!Reklam – Yazi

“2017–ci ildə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri barədə Analitik Ekspertiza Mərkəzinə məlumat daxil olub”

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin formokonəzarət üzrə eksperti Elmin Quliyev deyib.

Onun sözlərinə görə, bu il daxil olan müraciətlər yeni istifadə edilən dərmanlarla bağlıdır: “Onlar arasında QİÇS xəstəliyində istifadə edilən dərmanların əlavə təsirlərindən müraciətlər də var. Dərman vasitələrinin əks təsirlərindən müraciətlər həkim və xəstələrin məsələyə nə qədər ciddi yanaşması və məlumatlı olması ilə bağlıdır”.

E.Quliyev dərman vasitələrinin içlik vərəqlərində yazılandan əlavə təsirlərin olmasını hallarını istisna etməyib.

“Dərman vasitələri istifadəyə veriləndən sonra əlavə təsirlər ola bilər. Ümumiyyətlə, dərmanın gözlənilən və gözlənilməyən əlavə təsirləri olur. Həmin dərman vasitələri barədə bizə daxil olan müraciətlər araşdırılır. Bu səbəbdən bir sıra dərmanlar istifadədən çıxarılıb. Müraciətlər əsasında “Bioparoks” dərman vasitəsi istifadədən çıxarılıb. “Sonafaks” dərman vasitəsi də Avropa, ABŞ-da qadağan edilib. Bizdə də həmin dərman vasitəsi qadağan edilib. Lakin Belarus və Azərbaycandan başqa bütün MBD ölkələrində bu dərman istifadə edilir. Ümumiyyətlə, Azərbaycana dərman vasitələri Avropa, Rusiya, MBD ölkələri, Türkiyədən idxal edilir. Bu dərmanların hamısının keyfiyyətinə təminat verilir”.(Azvision.az)

www.yenicag.az

4994
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv