!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərman qiymətlərində yenilik NƏYİ DƏYİŞƏCƏK? - “Vətəndaşlar öz hüquqlarını bilməsələr...”

!Reklam – Yazi

“Artıq yazılan reseptlərdə yalnız dərmanın adı deyil, tərkibi də qeyd olunacaq”.

Bu fikirləri Tarif Şurasının dərmanlarla bağlı yeni qiymətlər müəyyənləşdirməsinə münasibət bildirən Tibb Universitetinin (ATU) dosenti Aydın Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istənilən qərarın effektivliyi vətəndaş nəzarətinin təşkilindən asılıdır:

“Verilən qərarlardan asılı olmayaraq, vətəndaşlar öz hüquqlarını bilməli və qorumalıdır. O baxımdan, aptekdən dərman alan şəxs mütləq real qiyməti tələb etməlidir. Tarif Şurası qiyməti müəyyənləşdirir, lakin dərman preparatı həmin qiymətə satılırmı? Vətəndaşlar bu sualı özlərinə verərək ayıq-sayıq davranmalıdırlar.

Dövlət çox gözəl addım ataraq yeni qərar qəbul etdi. Artıq yazılan reseptlərdə yalnız dərmanın adı deyil, tərkibi də qeyd olunacaq. Bu addımla artıq vətəndaş öz sağlamlığı üçün hansı elementin ona lazım olduğunu öyrənə biləcək.

Düzdür, müvafiq qanun qəbul olundu, ancaq vətəndaş həmin qanunun tam yerinə yetirilməsinə nəzarət etməlidir. Nəzarət isə yalnız tələb etməklə reallaşır.

Avropada inkişaf niyə sürətlidir? Bunun cavabı hər kəsə maraqlıdır. Çünki Avropada hər kəs öz hüququnu müdafiə edə bilir. Bu səbəbdən, Tarif Şurasının müəyyən etdiyi qiymətlərə vətəndaş mövqeyindən yanaşmasaq, qərar yalnız kağız üzərində qalacaq. Kim də nə etmək istəyəcəksə, onu edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv