!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu fikirlər Zatulinin şəxsi mövqeyidir" - Dövlət Dumasının deputatı

!Reklam – Yazi

“Deputat Konstantin Zatulinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərin Dövlət Duması və Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Bu fikirlər Zatulinin şəxsi mövqeyidir”.

Yenicag.az xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Komitə sədri birinci müavini Konstantin Zatulinin Azərbaycanın işğal altında olan Xankəndi şəhərində qondarma rejim tərəfindən təşkil olunan “forum”da ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına münasibət bildirərkən Azərbaycanın işğal altında olan ərazilərinə səfərin Zatulinin şəxsi məsələsi olduğunu söyləyib: “Bildiyiniz kimi, bizdə deputatlıq haqqında qanun var. Təəssüflər olsun ki, həmin qanun elə fəaliyyət göstərir ki, deputatlar hərdən şəxsi məqsəd, maraq güdür, ya da siyasi əqidəsi bunu ona diktə edir. Mən öz mövqeyimi bu barədə demişəm. Bir daha təkrar edirəm. Konstantin Zatulinin məlum fəaliyyətlərinin, bu bəyanatlarının Dumanın MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinə heç bir aidiyyəti yoxdur. Siz mənə sual verirsiniz ki, sizin müavininiz bunu edib. Mən də deyirəm ki, bu müavini mən özümə təyin etməmişəm”.

L.Kalaşnikov işğal altında olan torpaqlarda səsləndirilən bəyanatların da Zatulinin şəxsi baxışı olduğunu vurğulayıb: “Bu baxışların Rusiya Dövlət Duması ilə, Dumanın MDB komitəsi ilə heç bir əlaqəsi yoxdur. Rusiya Dövlət Dumasının Dağlıq Qarabağ münaqişəsinə baxışı bu cür deyil. Rusiya Dövlət Dumasının xalqların və dövlətlərin arasını vurmaq kimi baxışı ola bilməz. Dövlətlərin arasını çoxu vurmaq arzusundadır. Lakin mən hər zaman öz komitəmin üzvlərini bu tip addımlardan uzaq durmağa çağırıram. Biz məsələnin üstünə odla getməməliyik, əskinə elə etməliyik ki, barışıq olsun. Lakin bəziləri bunun əksini edir”.

Qeyd edək ki, Konstantin Zatulin oktyabrın 11-də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa səfər edib. Separatçı rejimin keçirdiyi “Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq” adlı “beynəlxalq forum”da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Azərbaycan artıq bununla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verib.

www.yenicag.az

1019
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv