Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bu gərginliyin arxasında gürcü şizofrenikləri dayanır” – Keçmiş səfir

Reklam: High Technic

“Hətta Gürcüstanın da himnində “dənizdən dənizə” torpaq iddiaları haqda sətirlər var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstandan Azərbaycana yönəlik iddiaların artmasına münasibət bildirən Rusiyadakı keçmiş səfirimiz Hikmət Hacızadə deyib.

Hikmət Hacızadənin fikrincə, Gürcüstanın Azərbaycana qarşı son günlər artan aqressiv davranışlarının arxasında “üçüncü qüvvə”nin dayanması ehtimalı azdır:
“Azərbaycan öz mövqeyində qalmalıdır. Həmin mövqe isə bundan ibarətdir ki, torpaq da, o məbəd də bizimkidir. Bununla yanaşı, yersiz emosiyalara da yol vermək lazım deyil.

Biz indiki vəziyyətdə təmkinimizi qorumalı, ağsaqqal kimi hərəkət etməliyik.

İndi gürcülərdir də, o səviyyədə, o ağıldadırlar… Biz ağıl və səbrlə davranmalıyıq, onlara anlatmalıyıq ki, həmin kompleks alban məbədidir, onu sizə vermərik.

Mənə belə gəlir ki, gürcülərin bu hərəkətlərinin arxasında hansısa başqa qüvvə yox, özləri dayanırlar. Onların içində şizofreniklər, özlərini böyük hesab edənlər kifayət qədərdir.

Hətta Gürcüstanın da himnində “dənizdən dənizə” torpaq iddiaları haqda sətirlər var. Fikrimcə, bu məsələləri də gərginləşdirənlər onların öz başdanxarablarıdır”.

A.Zeynalov

Loading...

www.yenicag.az

2215
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100