!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il bağ evlərinin qiyməti ucuzlaşacaq? - Ekspert mühüm məqamları açıqladı - Müsahibə

!Reklam – Yazi

“Əgər ölkədə iqtisadi tənəzzül olarsa, torpaq sahələri və daşınmaz əmlakların qiymətində ucuzlaşma baş verə bilər”.

Bu sözləri hazırda bağ evlərinin qiyməti ilə bağlı vəziyyəti dəyərləndirən əmlak eksperti Ramil Qasımzadə Yenicag.az-a müsahibəsində deyib. O qeyd edib ki, hər il, xüsusilə yaz-yay aylarında bağ evlərinin qiymətində müəyyən qədər bahalaşma müşahidə olunur.

Sözügedən müsahibəni təqdim edirik:

– Ramil bəy, mövcud vəziyyətdə bağ evlərinin qiyməti necədir?

– Pandemiya dövründən sonra torpaq sahələrinin qiymətində bahalaşma var. Bu, bağ evlərinin qiymətinə təsirsiz ötüşmür. Bu gün bazarda 35 min manatdan başlayaraq dəyəri milyonlarla ölçülən bağ evlərinə rast gəlmək mümkündür. Hətta 12 milyona satılan bağ evi də var. Bağ evlərinin qiyməti, əsasən, torpaq sahəsindən, təmirindən, infrastrukturdan, dənizə panoramanın olub-olmamasından asılı olaraq dəyişir. Bağ evlərinin qiymətində torpaq sahəsinin yerləşdiyi ərazi xüsusilə böyük rola malikdir. Ötən illə müqayisədə bu il torpaqların qiymətində təxminən 15-20 faizlik artım müşahidə olunur. Keçən il 1 sot torpağın dəyəri 10 000 manat idisə, bu il 12 000 manata təklif olunur. Ümumilikdə, bağ evləri Bilgəh, Buzovna, Mərdəkan və Novxanı qəsəbələrində daha bahadır. Çünki həmin ərazilərdəki bağ evləri dənizə yaxındır və bu, qiymətə təsir edən amillərdən biridir. Bilgəh qəsəbəsində dənizə yaxın olan torpaq sahəsinin 1 sotu 30 000 manatdırsa, dənizdən bir qədər uzaq məsafədə olan bağlar 10 000 manata təklif olunur.

– Torpaq sahələrinin qiymətinin bahalaşması mənzillərin qiymətinə necə təsir edir?

– Bu vəziyyət bahalaşmaYa yol açır. Belə ki, təxminən 5 il öncə 40 000 manata alınan bağ evləri bu gün 80-90 minə təklif olunur. Demək olar ki, hər il qiymətlərdə bahalaşma baş verir. Əvvəllər 5 min manata satılan torpaq sahələri bu gün 10 min manata satılır. Bahalaşmaya baxmayaraq, Əgər ölkədə iqtisadi tənəzzül olarsa, torpaq sahələri və daşınmaz əmlakların qiymətində ucuzlaşma baş verə bilər. Lakin hazırda bu cür riskli vəziyyət mövcud deyil. Ona görə də bu il bağ evlərinin qiymətində ucuzlaşma gözlənilmir.

– Bəzən vətəndaşlar aldığı bağ evini dəyərindən aşağı qiymətə satmağa çalışsa da, buna nail ola bilmədiyindən şikayətlənir. Bunun səbəbi nədir?

– Elə vətəndaş var ki, ötən il 100 000 manata aldığı bağ evini 80 000 manata sata bilmədiyini qeyd edir. Ona görə də vətəndaş ev almadan öncə mütləq şəkildə mütəxəssislə məsləhətləşməli və müvafiq qiymətləndirmənin aparılmasına nail olmalıdır. Bir çox hallarda vətəndaş dəyərinə uyğun olmayan bağ evi alır və ona görə də satmaq istəyəndə müştəri tapa bilmir. İstənilən bağ evini alarkən sənədlərinin vəziyyətini araşdırmaq lazımdır. Bağ evinin qiymətləndirilməsi aparılarkən vətəndaş daha dəqiq məlumat əldə edə bilir. Vətəndaşlar xüsusilə dəyəri böyük olan daşınmaz əmlak alarkən qiymətləndirmə ekspertinin rəyini öyrənməlidir. Bu, vətəndaşın uduzmaması üçün ənənə halını almalıdır.

Söhbətləşdi: Gülşən Şərif

www.yenicag.az

1057
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv