!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu marşrutların fəaliyyəti dayandırıldı

!Reklam – Yazi

Sumqayıta gedən bu marşrutların fəaliyyəti dayandırıldı Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər sakinləri məlumat verib.

Məlumata görə, bu gün səhər saatlarından etibarən 985 (Binəqədi-Novxanı-Sumqayıt), 12b və 522 (Saray-Sumqayıt) və 12 (Xırdalan-Saray-Sumqayıt) saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər saatlarla marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobusları isə cərimə meydançalarına aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin şöbə müdiri Namiq Əliyev Trend-ə açıqlamasında bildirib ki, həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib:

“Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də onlar şəhərə buraxılmır. Binəqədidən gələn marşrutlar Novxanı ərazisindən geri qaytarılır, Saray və Xırdalandan gələnlər isə Saray qəsəbəsindən. Həmin marşrutlar əgər avtovağzaldan avtovağzala işləməsələr, şəhərə girişi qadağan ediləcək”.

“Sumqayıt Nəqliyyat” MMC-nin direktoru Xannı Rüstəmov isə şöbə müdirinin dediklərini təkzib edib. X.Rüstəmov bildirib ki, avtovağzaldan-avtovağzala yalnız Bakı-Sumqayıt marşrutları işləməlidir: “Saray, Novxan, Xırdalandan Sumqayıta hərəkət edən marşrut avtobuslarına bu qaydalar tətbiq edilmir: Sadəcə, həmin marşrut avtobuslarının bəziləri kiçik həcmli və köhnə, standartlara cavab verməyən mikroavtobuslardır. Həmin marşrut avtobuslarında həmçinin natəmizlik hökm sürür və bu barədə dəfələrlə bizə sərnişinlərdən şikayətlər daxil olub. Bu səbəbdən həmin marşrutların fəaliyyətini müvəqqəti dayandırmışıq. Əgər sahibkar xəttə iritutumlu avtobuslar buraxarsa, marşrutların fəaliyyəti bərpa olunacaq”.

 

www.yenicag.az

2614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv