!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Etik qaydalar və ictimai davranış PROBLEMİ: “Xoşu gəlməyən getsin meşədə yaşasın”

!Reklam – Yazi

“Profilaktik söhbətlərin və müvafiq xəbərdarlıqların o cür insanlara heç bir təsiri olmur”.

Bu fikirləri ictimai mühitdə etik qaydaların pozulmasına qarşı effektli mübarizə tədbirlərinin görülməsini zəruri sayan sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin fikrincə, etik qaydaların pozulması ilə bağlı hüquqi məsuliyyət olmadığına görə heç kəs cəzalandırılmır:

“Lakin xarici ölkələrin əksəriyyətində belə deyil. Etik qaydaların pozulması ilə bağlı hüquqi məsuliyyət müəyyənləşdiyi üçün belə hallara yol verilmir. Azərbaycanda da etik qaydaların pozulması Cinayət Məcəlləsinə daxil edilməlidir.

Ətrafdakı insanlara əhəmiyyət vermədən etik qaydaları pozan şəxslərə qarşı pul cərimələri kəsilməli, ictimai işlərə cəlb olunmalı, yaxud da 5-10 gün müddətinə azadlıqdan məhrum edilməlidirlər. Məncə, cəmiyyətdəki xoşagəlməz halların qarşısını yalnız bu yolla almaq olar.

Mövcud qanunvericilikdəki cəzalar çox yüngüldür. Profilaktik söhbətlərin və müvafiq xəbərdarlıqların o cür insanlara heç bir təsiri olmur. Təcrübə də göstərir ki, konkret ağır cərimələr hansı sahədə tətbiq olunursa, orada gözlənilən nəticə əldə olunur.

Məsələn, yol-nəqliyyat sahəsinə baxaq. Yaxın keçmişə baxsaq, o sahədə çox da ciddi cəzaların nəzərdə tutulmadığını görərik. Kim avtomobili necə istəyirdi, elə də sürürdü. Ağır cərimələr tətbiq olunandan sonra artıq hər kəs təhlükəsizlik kəmərindən istifadə edir, yol hərəkəti qaydalarını pozmamağa çalışır.

Ümumiyyətlə, hər kəs etik qaydalara əməl etməyə məhkum və məcburdur. Xoşu gəlməyən, əməl edə bilməyən getsin meşədə yaşasın. Bir çox Avropa ölkələrində hər kəsin qoyulan qaydalara riayət etməsinin başlıca səbəbi məhz ağır cəzalardır. Azərbaycanda ictimai qınaq çox zəifdir. Biri küçədə, yaxud da başqa yerdə tərbiyəsizlik etdiyində, heç kəs ona irad bildirmir. Hər kəs “nəyimə lazımdır” prinsipi ilə özünü kənara çəkir. Belə hallarda polis müdaxiləsi vacibdir”.

Nəsimi Ələsgərli
Nuray Məmmədzadə

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv