Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, gündəliyə 35 məsələ salınıb. Bunların arasında Əmək Məcəlləsinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Müdafiə haqqında”, “Sərhəd qoşunları haqqında”, “Təhsil haqqında”, “Yaşayış minimumu haqqında” və digər qanunlara dəyişiklik müzakirəyə çıxarılacaq.