!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu rayonlarda mavi yanacaq təminatında fasilə yaranacaq - SƏBƏB

!Reklam – Yazi

Yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən Qaz İxrac İdarəsinin balansında olan “Xaldan-Balakən” yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Yenicag.az-a verilən məlumata görə, təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb.

Qeyd edilir ki, yaxın 1-2 saat ərzində borudan qaz qəbulu davam edəcək, lakin sonradan təzyiq aşağı düşdükcə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranacaq. Bütün yerli icra hakimiyyətləri baş verənlər barədə ətraflı məlumatlandırılıb.

www.yenicag.az

1250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv