Bu rüsumların məbləği azaldıldı

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır.

Yenicag.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.

Dəyişikliklə bir neçə xidmətə görə rüsum ləğv edilir.

Dəyşiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.