Cavid Qurbanov: “Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”

“Atillanın ayağı dəyən bütün türk torpaqlarına iddialıyıq”.

Yenicag.az xəbər verir ki, bunu deputat Cavid Qurbanov bu gün parlamentin plenar iclasında səsləndirib.

Deputat qeyd edib ki, Zatulin “Lazaryan klubu”unda yallanır: “Onun fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz. Elə təkcə Azərbaycana gələn rus turistlərin sayına nəzər yetirsək, bu münasibətlərin Atillanın ayağı dəyən bütün türk torpaqlara biz iddialıyıq. Bizim işimiz siyasətimizi doğru aparmaq, iqtisadiyyatımızı gücləndirmək və Ermənistana göz dağı verməliyik”.

Deputat Əflatun Amaşov isə İrəvanda QDİƏT PA-nın toplantısında iştirak etdiklərindən danışıb: “Orada bizə təqdim edilən yubley medalından imtina etdik. İrəvana səfər zamanı biz şəhərlə tanış olduq və bir daha şahidi olduq ki, Azərbaycan nə qədər inkişaf edib və etməkdədir. Lakin biz torpaqlarımızın işğaldan azad olunması üçün düşüncələrimizi dəyişməli, xaricdə daha çox təbliğat işləri aparmalıyıq. Torpaqlarımız işğaldan azad etmək üçünsə daha da güclü olmalıyıq. Bu yolla biz torpaqlarımızı işğaldan azad edə bilərik”./Avropa.info/

COP29