Reklam: High Technic
hightechnic

Çavuşoğlu Azərbaycana gəldi - FOTO

Reklam: High Technic

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana bir günlük səfəri başlayıb.

Yenicag.az xəbər verir ki, aprelin 5-6-da Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçiriləcək. Çavuşoğlu da sözügedən tədbirə qatılmaq üçün Bakıya gəlib.

Nazirlər Konfransında Qoşulmama Hərəkatında iştirak edən, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edəcək.

www.yenicag.az

886