Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Çelsi”nin sabiq baş məşqçisi millimizdə?

Reklam: High Technic

Futbol üzrə Azərbaycan yığması Roberto Di Matteoya tapşırıla bilər.

Yenicag.az İtaliya mətbuatına istinadən xəbər verir ki, AFFA rəhbərliyi sözügedən mütəxəssisə təklif göndərib. Lakin tərəflər arasındakı danışıqların digər detalları tam açıqlanmır.

Di Matteo 2008-ci ildən məşqçilik edir. 47 yaşlı mütəxəssis İngiltərənin “Milton Kins Dons”, “Vest Bromviç”, “Çelsi”, “Aston Villa”, Almaniyanın “Şalke” klublarında çalışıb. O, xüsusilə “Çelsi”də çalışdığı dövrdə UEFA Çempionlar Liqasının qalibi olması ilə tanınıb.

Qeyd edək ki, AFFA bir neçə gün öncə yollarını ayırdığı Robert Prosineçkinin əvəzində milli komandamıza yeni baş məşqçi axtarışındadı.

www.yenicag.az

5326
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM