!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sahibsiz və dəstəksiz qalan MİLLİ KOMANDA: “Stadiondakı 3-5 min azarkeşin dəstəyi ilə...”

!Reklam – Yazi

“Hazırda milli komandanı dəstəkləmək üçün AFFA-ya yaxşı bir fanklub lazımdır”.

Bu fikirləri Azərbaycan-Avstriya oyununa azarkeş azlığının səbəbləri haqda danışan idman jurnalisti Ağa Dadaşzadə Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlırinə görə, azarkeş futbola gəlmirsə, onun milli komandadan qələbə tələb etməsi gülüncdür:

“Milli komandanın dünənki oyununda azarkeşlərin sayının azlığı ilk növbədə yığmanın uğursuz çıxışı ilə bağlıdır. Yəni azarkeşlər millinin çıxışından narazıdır. Bunu da vurğulamaq lazımdır ki, azarkeşlər futbola gəlmirlərsə, onların milli komandadan qələbə tələb etməsi gülüncdür.

Ötən gün gözümə rəsmi statistika dəydi. Belə ki, millimizin oyununu onlayn rejimdə 100 mindən çox tamaşaçı izləyib. Şəxsən mən olduğum tribunada oyunçularımızı alqışlayırdım ki, qarşı tribunadakı azarkeşlərimiz də hərəkətə gəlsinlər.

Hazırda milli komandanı dəstəkləmək üçün AFFA-ya yaxşı bir fanklub lazımdır. Söhbət milli komandanın oyunundan gedirsə, təbliğat gücləndirilməlidir. Dünən 3-5 min azarkeşin dəstəyi ilə oyunu başa vurduq. Belə olduğu təqdirdə, böyük əksəriyyətin millini tənqid etməyə haqqı yoxdur.

Qeyd edək ki, azarkeşlər millidən küsüb və bu incikliyi aradan qaldırmaq önəmlidir. Planlı və sistemli işlər görülməlidir. Noyabrda İsveçlə oyunumuz gözlənilir. Həmin oyunda millini tək qoymaq olmaz. Hər bir azərbaycanlının borcudur ki, bayrağımız olan yerdə öz dəstəyini əsirgəməsin.

Oyunçularımız zəif oynayaraq gözləntiləri doğrultmaya bilər. Amma bu o demək deyil ki, biz onlara arxa çevirməliyik. Milli komandaya dəstək verərək ondan qələbə tələb etməliyik. Şərt onda deyil ki, rəqibimiz Almaniya, İspaniya kimi komandalar olsun. Əslində, Avstriya və İsveç də zəif rəqib deyil”.

Yusif Səmədzadə

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv